Qubada 14 xarici ölkənin tarixçi və arxeoloqlarının iştirakı ilə beynəlxalq konfrans keçiriləcəkdir
Quba, 28 mart (AZƏRTAC). Martın 29-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində 14 xarici ölkənin tarixçi və arxeoloqlarının iştirakı ilə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Rumıniya və digər ölkələrdən tarixçi alimlər iştirak edəcəklər.
Konfransın açılışından əvvəl qonaqlarla birgə Quba kütləvi soyqırımı məzarlığının ziyarət olunması nəzərdə tutulmuşdur.
Beynəlxalq konfransda ümumilikdə 40-dan çox alim və tədqiqatçının “Azərbaycan və türk xalqlarına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzələrlə çıxış etməsi gözlənilir.
Konfrans öz işini “Qafqaz Birinci Dünya müharibəsi illərində”, “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda soyqırımı” bölmələri üzrə davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]