REGİONLAR
Qubada 1 avtomat və 6 tüfəng könüllü şəkildə polisə təhvil verilib VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/17001220571410855816_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001220576255614878_1200x630.jpg)
Quba, 16 noyabr, AZƏRTAC
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.
Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.