Qubada Bəşir Səfəroğlunun 100 illik yubileyi qeyd olunacaq
Quba, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi qeyd olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley tədbiri mart ayının əvvəllərində Milli Teatr Günü ərəfəsində Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinə təşkil ediləcək.
Tədbirdə istedadı ilə adını kino tariximizə qızıl hərflərlə yazdırmağı bacaran Bəşir Səfəroğlunun həyat və yaradıcılığından geniş söz açılacaq.
Yubiley gecəsində qubalı teatrsevərlərə Səfəroğlu sənətinin layiqli davamçısı, görkəmli aktyorun qızı, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə tamaşa təqdim olunacaq.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) filmlərində çəkilib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb. Bəşir Səfəroğlu 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:51]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [11:33]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [10:01]
Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi
- 08.08.2026 [01:01]
İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]