Qubada məhəllə futbol liqasına start verilib
Quba, 16 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan açıq, əyləncəli məhəllə futbol liqasına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqust-sentyabr ayları ərzində davam edəcək liqada iki yaş qrupu üzrə 14 komanda mübarizə aparır.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Quba Futbol Klubu ilə birgə təşkil etdiyi turnirin qarşılaşmaları 28 May parkında yerləşən meydançada keçirilir. Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kubokla təltif olunacaqlar.