QURAN QARAÇI DİLİNDƏ DƏ NƏŞR EDİLƏCƏKDİR
Kitabın 10 min nüsxəsi həm ölkə daxilində, həm də xaricdə yayılmaq üçün may ayında çapdan buraxılacaqdır. Müxtəlif hesablamalara görə, sayı təxminən 8-10 milyon olan qaraçıların çoxu Avropada yaşasa da, Şimali və Cənubi Amerikada, Avstraliyada və Hindistanda da diasporları var. Şərqi Avropada yaşayan qaraçılar əsasən xristiandır.
Ötən əsrin 70-ci illərindən tanınan Muxarem Serbezovski Bosniyanın qarcaçı icması arasında iş aparır. O, Makedoniyada anadan olmuşdur və hazırda Almaniyada yaşayır.