QURANIN ƏN KİÇİK NÜSXƏSİNİ SABANÇI MUZEYİ ALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, müqəddəs Quranın dünyada çap olunmuş ən kiçik nüsxəsini Sakip Sabançı Muzeyi 50 min dollara almışdır.
İstanbulun “Konrad” mehmanxanasında keçirilmiş hərraclarda tanınmış türk rəssamı İbrahim Çallının rəsm əsəri isə 240 min dollara satılmışdır. Osmanlı imperiyası dövründən qalmış sənət əsərləri də rekord qiymətlərlə öz alıcılarını tapmışdır.