Qurban Qurbanov: “Ludaqorets”in futbolçuları fərdi olaraq güclüdür
Bakı, 5 avqust, AZƏRTAC
Sabah çox vacib oyuna çıxacağıq. Rəqibimiz çox təcrübəlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, “Ludaqorets”in oyunçularının fərdi olaraq güclü olduğunu bildirib: “Məni cəlb edən rəqibin futbolçularının təcrübəli olmasıdır. Bizə gəlincə, oyuna çox hazırlaşa bilmədik. Çünki ölkə çempionatında matç keçirdik. Sabah çalışacağıq ki, azarkeşlərimizə yaxşı oyun göstərək”.
“Qarabağ”ın baş məşqçisi ölkə çempionatında “Araz Naxçıvan”la keçirilən matçda qırmızı vərəqə alan Elvin Cəfərquliyev barədə də danışıb: “Bu vərəqənin olması digər oyunçulara da siqnal verir. Elvinin yaşı da az deyil və təcrübəsi çoxdur”.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]