Qurban Qurbanov: Rəqiblərin “Qarabağ”ı ciddiyə alması komandaya əlavə motivasiya verir
Bakı, 5 avqust, AZƏRTAC
Mən hər zaman bütün rəqiblərə normal yanaşmışam.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, pley-off mərhələsində “Qarabağ”ın mümkün rəqibi olan “Dinamo” (Zaqreb, Xorvatiya) barədə fikir bildirib: “Bütün fikrimizi sabahkı matça yönəltmişik. Biz necə rəqibimizi ciddiyə alırıqsa, onlar da “Qarabağ”a qarşı eyni düşüncədədirlər. Bu, komandamıza motivasiya verir”.
Mütəxəssis əməliyyat olunan Musa Qurbanlının bir həftə sonra məşqlərə başlayacağını deyib.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ”-“Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]