QURUCULUQ İŞLƏRİ GENİŞLƏNDİRİLİR
Naxçıvan Elmi-Bərpa İstehsalat İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Naxçıvan şəhərindəki İmamzadə kompleksində yenidənqurma və əsaslı təmir işləri aparılır, maarifçi pedaqoq M.T.Sidqinin kompleksin yaxınlığındakı məzarüstü abidəsi abadlaşdırılır. Realist rəssam Bəhruz Kəngərlinin kompleksin ərazisində yerləşən məzarüstü abidəsində abadlıq işlərinin aparılması da nəzərdə tutulmuşdur.