Azərbaycan Dövlət İnformasiya Agentliyi

QURULTAYIN RƏSMİ AÇILIŞ MƏRASİMİ

QURULTAYIN RƏSMİ AÇILIŞ MƏRASİMİ

AZƏRTAC xəbər verir ki, noyabrın 17-də “Gülüstan” sarayında Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının rəsmi açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi, Türkdilli Dövlətlərin və Topluluqların Dostluq, Qardaşlıq və Əməkdaşlıq Fondu (TÜDEV) və Türkiyə Respublikasının Baş Nazirliyi yanında Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA) tərəfindən keçirilən qurultayda 30-dan çox ölkədən 800 nümayəndə və qonaq iştirak edir.

Sarayın foyesində tarix boyu türkdilli xalqlara, o cümlədən azərbaycanlılara qarşı törədilmiş terrorlarını, soyqırım aktlarını, habelə Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil olunmuşdur.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, Şimali Kipr türklərinin lideri Mehmet Əli Tələtin və digər türkdilli ölkələrin rəsmi şəxslərini hərarətlə qarşıladılar.

İştirakçılar türk dünyasının görkəmli şəxsiyyətlərinin - Heydər Əliyev, Mustafa Kamal Atatürk, Əhməd Yəsəvi, Ərtoğrul Qazi, Əlişir Nəvai və Alparslan Türkeşin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Qurultayı Təşkilat Komitəsinin Azərbaycan tərəfdən həmsədri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri NAZİM İBRAHİMOV giriş sözü ilə açdı:

-Zati-aliləri möhtərəm cənab Prezident!

Zati-aliləri möhtərəm cənab Baş nazir!

Hörmətli qurultay iştirakçıları!

Əziz qonaqlar!

Təşkilat Komitəsi adından sizi - Türk dövlət və cəmiyyətlərinin XI dostluq və əməkdaşlıq qurultayının nümayəndələrini və qonaqlarını salamlayır, bu tarixi toplantının açılışı münasibətilə təbrik edirəm.

Qurultay türk dövlət və cəmiyyətləri üçün böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev türk dünyasının birliyini yüksək qiymətləndirərək demişdir: “Türk cümhuriyyətlərinin bir sırada inamlı addımları, türk dünyasının xoşbəxt sabahından soraq verir. Əminəm ki, türk xalqlarının qurultayları müqəddəs arzu və istəklərimizin həyata keçirilməsində mühüm rol oynayacaqdır”.

Hörmətli qurultay iştirakçıları!

Bu gün türk xalqları arasında birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsi qarşımızda dayanan vacib vəzifələrdəndir. Ömrünü türk dünyasının birliyinə həsr etmiş görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qasprallının “Dildə, fikirdə, əməldə birlik” ideyası xalqlarımızın tərəqqi və rifahının başlıca düsturu olaraq, vahid amal uğrunda birgə fəaliyyətimizin əsasını təşkil edir. Bu məfkurə müasir dövrümüzdə yüz il bundan öncə olduğundan daha vacib, daha aktualdır.

Türkdilli xalqlar mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi dünyada özlərinin mübarizliyi, çalışqanlığı və intellekti sayəsində qazandıqları yüksək mövqelərini bundan sonra da qoruyub saxlamalı, möhkəmləndirməli, əldə etdikləri nailiyyətləri gələcək nəsillərə ötürməlidirlər. Bunun yolu isə birlikdən və əməkdaşlıqdan keçir. Son illərdə bu birliyin möhkəmləndirilməsinə yönəlmiş səylər gələcəyimizə nikbinliklə və böyük ümidlərlə baxmağa əsas verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu ilin mart ayında Bakı şəhərində keçirilmiş Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu türkdilli xalqların birliyi ideyasının dövlətlərimizin xarici siyasətində nəinki prioritet istiqamətlərdən biri olmasının, eyni zamanda, öz tarixi vətənindən kənarda yaşayan milyonlarla türkəsilli soydaşımız üçün ən ali məqamlar sırasında dayanmasının təsdiqi olmuşdur.

Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları 15 ildir ki, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına öz töhfəsini verməkdədir. 1993-cü ildən etibarən keçirilən və yüksək məramlara xidmət edən bu tədbir cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Türkiyədən kənarda, məhz Azərbaycan Respublikasında təşkil olunur.

Möhtərəm cənab Prezident!

Zati-alinizin bu təşəbbüsü Azərbaycan dövlətinin türk dünyasının sarsılmaz birliyinə, xalqlarımız arasında səmimi dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür. Bu bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin türkdilli xalqlar arasında birliyin gerçəkləşdirilməsinə yönəlmiş ideyaları Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirən başlıca prinsiplərdən biri olaraq qalır və qalacaqdır.

Hörmətli qurultay iştirakçıları!

Əminik ki, türk dünyasının coğrafi mərkəzində yerləşən, qədim mədəniyyət mərkəzlərindən biri olan Bakı şəhərində keçirilən bu mötəbər tədbir xalqlarımızın birlik və qardaşlıq salnaməsində yeni bir səhifə açacaq, qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi, milli mədəniyyətlərin sıx inteqrasiyası və iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın, Şimali Kipr türk xalqının lideri cənab Mehmet Əli Tələtin qurultayda iştirakı bu inamı daha da möhkəmləndirir, türk dünyasının birliyi naminə bütün imkan və bacarıqlarını səfərbər edənlərə yeni ruh verir.

Türkmənistanın Baş nazirinin müavini cənab Saparlıyevin tədbirdə iştirakı, habelə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Altay, Başqırdıstan və Çuvaşiya respublikalarının, Moldova Respublikasının Qaqauz Muxtar vilayətinin nümayəndə heyətlərinin qurultaya qatılması bu birliyin coğrafiyasının nə qədər geniş olduğunu göstərir.

Adından göründüyü kimi, məramı dostluq, qardaşlıq və əməkdaşlıq olan bu qurultayın işində dünyanın 30-dan çox ölkəsindən gəlmiş 800 nümayəndə və qonaq iştirak edir. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, ortaq mədəni irsimizini öyrənilməsi və təbliği, türk dünyası haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gənclərimizin milli ruhda və müasir tələblər səviyyəsində təlim-tərbiyəsi, qloballaşma prosesinin ölkələrimizin həyatına təsirinin ən müxtəlif aspektləri ilə bağlı taleyüklü məsələlər müzakirə ediləcəkdir.

Qurultayda türk dünyasını narahat edən bir sıra problemlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, axıska türklərinin öz tarixi torpaqlarına qayıdışı ilə əlaqədar olan və qarşıya çıxan çətinliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq, mühüm sənədlər qəbul ediləcəkdir.

Hörmətli qurultay iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

İnanırıq ki, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dünyasının birliyinin inkişafına layiqli töhfələrini verəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, dünyanın siyasi xəritəsində türkdilli dövlətlərin mövqelərinin daha möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı açıq elan edilir. Təşəkkür edirəm.

X X X

Qurultayın Təşkilat Komitəsinin Türkiyə tərəfdən həmsədri, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Fondunun İdarə heyətinin sədri ƏBDÜLXALIQ ÇAY çıxış edərək dedi:

-Hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev!

Hörmətli cənab Baş nazir Rəcəb Tayyib Ərdoğan!

Şimali Kipr türklərinin lideri hörmətli cənab Mehmet Əli Tələt!

Dünyanın 30-dan çox ölkəsinin türk dövlət və cəmiyyətlərindən zəhmət çəkərək gələn bütün qurultay iştirakçılarını böyük hörmət və ehtiramla salamlayıram.

1990-cı illərdə sovet imperiyasının dağılmasından sonra Allahın izni ilə beş türk cümhuriyyəti meydana çıxdı. Bu cümhuriyyətlər yarandığı zaman Türkiyə bütün dünya dövlətlərindən öncə bu ölkələrin müstəqilliyini tanıdı, gələcək əlaqələri inkişaf etdirmək siyasətini açıqladı. 1992-ci ildə, xüsusilə Azərbaycandan və digər türk respublikalarından dostlarımız Ankaraya gələrək, 1905-ci ildə çar Rusiyasındakı qurultaya bənzər, türk dövlət və cəmiyyətlərinin problemlərinin açıq şəkildə, şayiələrə uymadan müzakirəsi və həlli yollarının axtarılması ilə bağlı qurultayın keçirilməsi barədə təklif səsləndirdilər. Nəhayət, 1992-ci ilin sonunda o dövrdə Baş nazir olan hörmətli Süleyman Dəmirəl və bizim Fondumuzun qurucusu hörmətli Alparslan Türkeş bu qurultayın hansı şəkildə keçirilməsi barəsində mənimlə birlikdə beş həmkarımızı təlimatlandırdılar. Biz 35 gün ərzində türk cümhuriyyətləri ilə bağlı toplantılarda iştirak etdik, dövlət rəsmiləri, ziyalılar və mətbuat nümayəndələri ilə görüşlər keçirdik, bu məsələlərin həllinə dair belə bir qurultayın necə keçirilməsini soruşduq və müsbət cavablar aldıq. Ondan sonra, 1993-cü il martın 20-24-də ilk dəfə Antalyada keçirilən qurultayımız fasilə vermədən 2001-ci ilədək davam etdi. Bu qurultaylarda, dəfələrlə dediyimiz kimi, heç bir siyasi sapmalara uymadan hər ölkədən gəlmiş nümayəndə heyəti türk dövlət və cəmiyyətlərinin iqtisadi, siyasi, mədəni inkişafı ilə əlaqədar düşüncələrini sərbəst şəkildə açıqladılar və müzakirə etdilər.

Təbii ki, bu qurultayların məqsədi dövlət rəsmilərinə problemləri çatdırmaq, onların məsələlərin həllinə köməyini əsirgəməmələrinə çalışmaqdır. Bizim Fondun və qurultayımızın məqsədi budur. 2001-ci ildə fasilə verən qurultayımızın onuncusu keçən il Baş nazir Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə Antalyada gerçəkləşdirildi. Antalyada bizi sevindirən çox böyük hadisə baş verdi. Hörmətli Cümhurbaşqanımız İlham Əliyev dedi ki, XI qurultay Bakıda keçiriləcəkdir. İnanın, bu, türk dünyası üçün, türk milləti üçün, qəlbi, ürəyi türk dünyası ilə çırpınan insanlar üçün çox böyük bir müjdə idi. Allah bunu bizə qismət etdi, biz burada XI qurultayı keçirməyə nail olduq. Buna görə hörmətli Cümhurbaşqanımız İlham Əliyevə dərin minnətdarlığımı bildirir, sizlərə təşəkkür edirəm. Sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr türklərinin lideri, cümhurbaşqanı Mehmet Əli Tələt qurultayda nitq söylədilər. Açılış mərasimində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev, Qırğızıstanın təhsil və elm naziri Kanıbek Osmonaliyev, Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Askar Buribayev də çıxış etdilər.

X X X

Sonra qədim türklərin Ərgənəkondan çıxışı, türk birliyini simvolizə edən dəmirdöymə mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr türklərinin lideri Mehmet Əli Tələt, digər türkdilli dövlətlərin nümayəndələri rəmzi dəmirdöymə mərasimini icra etdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana türkdilli dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə TÜDEV adından “Orxon-Yenisey” mükafatı təqdim olundu.

Qurultay iştirakçıları birgə xatirə şəkli çəkdirdilər.

Bununla da qurultayın rəsmi hissəsi başa çatdı.

X X X

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı iştirakçılarının şərəfinə nahar verildi.

Qonaqlara Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı da təqdim olundu.

Qurultay noyabrın 18-də öz işini komissiyalarda davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...