“QUŞ QRİPİ” TƏHLÜKƏSİ İLƏ ƏLAQƏDAR MONİTORİNQ QRUPU BÖLGƏLƏRDƏ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR
Monitorinqlər zamanı milli parklarda, qoruqlarda və köçəri quşların məskunlaşdığı digər ərazilərdə quşlar seçmə üsulu ilə ovlanır, onların qanı müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilir. İndiyədək aparılmış müayinələrin nəticələrinə görə “quş qripi”nin əlamətləri aşkar olunmamışdır. Müayinələr quşların ölkəmizə miqrasiya prosesi yekunlaşanadək davam edəcəkdir.