Qusar-Qonaqkənd kadastr rayonu torpaq örtüyünün ekoloji-qiymət xəritəsi tərtib edilib
Bakı, 7 aprel, AZƏRTAC
Ekoloji şəraitin qiymətləndirmə şkalalarını tətbiq etməklə Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi aparılıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Coğrafi ekologiya kafedrasının doktorantı Sənəm İsayeva məlumat verib. S.İsayeva qeyd edib ki, həmin ərazi torpaqlarının münbitliyinə təsir göstərən əsas məhdudlaşdırıcı amillər müəyyən edilib və torpaq yarımtiplərinin ekoloji balları hesablanıb.
Kadastr rayonu ərazisi üzrə ən çox ekoloji balı yüksək dağlıq zona üzrə qaramtıl dağ-çəmən torpaqlar, alçaq və orta dağlıq zona üzrə tünd və adi dağ boz-qəhvəyi (93 bal) torpaqlar alıb. Aparılmış tədqiqatların yekunu olaraq Qusar-Qonaqkənd kadastr rayonu torpaq örtüyünün ekoloji-qiymət xəritəsi (1:100 000 miqyaslı) tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]