RABİTƏ SİSTEMİNDƏ FİBER-OPTİK XƏTLƏRİNDƏN İSTİFADƏ GENİŞLƏNƏCƏKDİR
Nazirin sözlərinə görə, bu gün Azərbaycanda fiber-optik infrastrukturunun yalnız 5 faizindən istifadə olunur. Böyük imkanlara malik fiber-optik kanallardan yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Dəmir Yolu İdarəsi istifadə etmək imkanına malikdir. Buna görə də nazirlik əlavə xərc çəkmədən Dövlət Dəmir Yolu İdarəsinin tabeliyində olan xətlərdən istifadə etmək üçün Nəqliyyat Nazirliyinə müraciət etmişdir. Belə xətlər Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca da yerləşdiriləcək və nazirlik gələcəkdə bu imkandan da istifadə etmək niyyətindədir.