RABİTƏÇİ ÇEMPİONLARLA GÖRÜŞ
“Rabitəçi” idman klubunun üzvlərindən Rafael Qarayev kikboksinq, Emil Süleymanov tay-boks, Rasəf Mehdiyev isə uşu-sanda üzrə Avropa çempionatlarında birinci yeri tutmuşlar.
Noyabrın 1-də Rabitə Nazirliyində beynəlxalq yarışlardan qızıl medallarla qayıtmış idmançılarla görüş keçirilmişdir. Nazir Nadir Əhmədov çempionları təbrik etmiş, Azərbaycanda idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını, bu işdə Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin xüsusi xidmətləri olduğunu vurğulamışdır.
Qitə çempionlarına pul mükafatları, nazirliyin fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.
Görüşdə iştirak edən idmançılar ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdar olduqlarını vurğulamış, Azərbaycan idmanının şöhrətini bundan sonra da ucaldacaqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]