RAMİL QULİYEV YÜNGÜL ATLETİKA ÜZRƏ AVROPA ÇEMPİONATINDA ÇIXIŞ EDƏCƏKDİR
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 15-dən 23-dək Berlində yüngül atletika üzrə XII Avropa çempionatı keçiriləcəkdir. Yüngül atletika üzrə Azərbaycan yığmasının məşqçilər şurasının tərkibi müəyyənləşmişdir. Yarışda Azərbaycanı yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadənin rəhbərliyi altında sprinter Ramil Quliyev təmsil edəcəkdir. O, 200 metr məsafəyə qaçışda gücünü sınayacaqdır.
Milli Atletika Federasiyasının başçısı Çingiz Hüseynzadə demişdir: “Atletlərimiz üçün əsas yarış oktyabrın 17-dən 29-dək İranda keçiriləcək İslam oyunları olacaqdır. Yarışlarda Azərbaycan 12 kişi və 8 qadından ibarət geniş heyətlə çıxış edəcəkdir. Atletlərin adları sentyabrın 20-də Bakıda keçiriləcək seçmə yarışlardan sonra məlum olacaqdır. Azərbaycan yığması İslam oyunları ərəfəsində Nabran, habelə Türkiyə və Böyük Britaniyada təlim-məşq toplanışlarında iştirak edəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]