RAMİL SƏFƏROVUN İŞİ ÜZRƏ NÖVBƏTİ MƏHKƏMƏ İCLASI DEKABRIN 15-DƏ OLACAQ
Məhkəmənin indiki iclası sayca beşincidir. Əvvəlki iclaslar 2004-cü il noyabrın 23-də, bu il fevralın 8-də, mayın 10-da və sentyabrın 27-də keçirilmişdir.
Məlum olduğu kimi, sonuncu iclasda ekspertiza ilə bağlı məsələyə baxılmışdır. Xatırladaq ki, birinci ekspertiza hadisədən sonra keçirilmişdir. İkinci ekspertizada Azərbaycan tərəfindən müşahidəçilər də iştirak etmişlər. Ekspert qrupları nümayəndələrinin rəyləri köklü surətdə fərqləndiyinə görə, hakim belə qənaətə gəlmişdir ki, üçüncü ekspertiza keçirilməlidir. İndi, beşinci iclasda üçüncü ekspertizanın nəticəsinə baxılacaqdır.
R.Səfərovu yenə də macarıstanlı vəkillər Peter Zalai, Dyörd Madyar, habelə məsləhətçi vəkil Adil İsmayılov müdafiə edirlər.