Ramil Şeydayevin Türkiyə klubuna keçidi ilə bağlı məsələyə aydınlıq gəlib
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan millisinin və Tailandın “Buriram Yunayted” komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubu ilə danışıqlar aparır.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, qardaş ölkə mətbuatında 27 yaşlı hücumçunun I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalaması barədə xəbərlər yayılsa da, bu, həqiqəti əks etdirmir.
Tərəflər arasında danışıqlar davam edir. Razılıq əldə olunsa, təcrübəli forvard Kocaeliyə gələrək rəsmi sözləşməyə qol çəkəcək.
Klubdan isə AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
Qeyd edək ki, “Kocaelispor” Türkiyə II Liqasında XVII turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ertuğrul Sağlamın başçılıq etdiyi komanda Superliqaya çıxmaq uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]