Rauf Məmmədov Avropa çempionatında liderlər qrupunda mübarizəni davam etdirir
Bakı, 31 avqust, AZƏRTAC
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin bu mərhələsində liderlər qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Rauf Məmmədov fransalı Maksim Laqarde ilə üz-üzə gələcək.
Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdos, Aydın Süleymanlı almaniyalı Stefan Fruebinq, Read Səmədov macarıstanlı Adam Kozak ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız R.Məmmədov 4,5 xalla 1-3-cü yerləri bölüşür. N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]