Rəcəb Tayyib Ərdoğanın hakim alyansı parlamentdə 323 mandata sahib olub
Bakı, 30 may, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və inkişaf partiyasının da daxil olduğu Cumhur İttifaqı parlamentdə 600 yerdən 323-nə sahib olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener bu gün parlament seçkilərinin yekun nəticəsini elan edib.
“Bütün apelyasiya şikayətlərinə baxılıb və yekun qərar qəbul edilib. Səsvermənin yekun nəticəsinə əsasən, Ədalət və inkişaf partiyası parlamentdə 268 yer, Yenidən rifah partiyası 5 yer, Milliyyətçi hərəkat partiyası 50 yer (bunlar Cumhur İttifaqına daxil olan partiyalardır - red.), Yaşıllar və sol gələcək partiyası 61 yer, Türkiyə işçi partiyası 4 yer, Cümhuriyyət xalq partiyası 169 yer, İyi partiya isə 43 yer qazanıb”, - deyə Ahmet Yener bildirib. MSK-nın məlumatına görə, parlament seçkilərində seçicilərin ümumilikdə 87,5 faizi iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]