REGİONLARDA HAVA ŞƏRAİTİNİN AXŞAM VƏ GECƏ SAATLARINDA YAĞIŞLI KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 4 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 14-17 dərəcə təşkil edəcəkdir.
Mayın 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 15-19 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında mayın 5-6-da hava şəraitinin əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağışlı keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 15-20 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]