“REPATRİASİYA HAQQINDA” QANUN LAYİHƏSİ HAZIRLANIR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli AZƏRTAC-ın müxbirinə demişdir ki, axısqa türklərinin geri qaytarılmasını, Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşmüş insanların doğma yurd-yuvalarında yerləşdirilməsini təmin etmək məqsədi ilə qanunvericilik bazası yaradılır. Bunun üçün komissiyada “Repatriasiya haqqında” qanun layihəsi hazırlanır. Qanun, konkret olaraq, geridönmə ilə əlaqədardır və bu sahədə münasibətləri tənzimləyəcəkdir.