Rəqəmsal inkişaf və nəqliyyat naziri Abşeronda vətəndaşlarla görüşəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dekabrın 14-də Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qeyd edək ki, qəbula dekabrın 13-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]