Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəhid övladları üçün Yeni il şənliyi təşkil edib
Bakı, 30 dekabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları üçün şənlik keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şənlikdə uşaqların əylənməsi üçün müxtəlif oyunlar təşkil olunub, maraqlı səhnəciklər nümayiş etdirilib.
Sonda şəhid övladlarına nazirlik tərəfindən hədiyyələr təqdim olunub.