Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal xaos əsrində peşəkar jurnalistikanın xilasedici rolu MƏQALƏ

Rəqəmsal xaos əsrində peşəkar jurnalistikanın xilasedici rolu MƏQALƏ

Bakı, 22 iyul, AZƏRTAC

XXI əsr informasiyanın istehsalı, dövriyyəsi və istehlakının misli görünməmiş sürətlə artdığı dövr kimi xarakterizə olunur. Rəqəmsal texnologiyaların inkişafı, internetin qlobal kommunikasiya platformasına çevrilməsi, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsi olması və süni intellektəsaslı sistemlərin media istehsalına daxil olması informasiyanın yayılma mexanizmlərini köklü şəkildə dəyişdirdi. Əgər ənənəvi media dövründə informasiya əsasən peşəkar redaksiyalar tərəfindən hazırlanır və müəyyən redaksiya filtrlərindən keçərək auditoriyaya təqdim olunurdusa, bu gün demək olar ki, hər bir istifadəçi informasiyanın həm istehsalçısına, həm də yayıcısına çevrilib.

Bu fikirlər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlunun “Rəqəmsal xaos əsrində peşəkar jurnalistikanın xilasedici rolu” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu transformasiya demokratik kommunikasiya imkanlarını genişləndirməklə yanaşı, yeni təhlükələr də yaradır. Həmin təhlükələrin başında isə dezinformasiya, məqsədli informasiya manipulyasiyası və rəqəmsal platformalarda ictimai rəyin idarə olunması dayanır. Müasir dövrdə saxta xəbərlər təkcə yanlış məlumatın yayılması problemi deyil. Onlar seçkilərin nəticələrinə təsir göstərmək, maliyyə bazarlarında panika yaratmaq, etnik və dini qarşıdurmaları dərinləşdirmək, beynəlxalq münasibətlərdə gərginliyi artırmaq və milli təhlükəsizlik üçün risk formalaşdırmaq potensialına malik strateji informasiya alətidir.

Son illərdə COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən münaqişələr və müxtəlif ölkələrdə keçirilən seçkilər göstərdi ki, informasiya məkanı artıq klassik hərbi əməliyyatların arxa cəbhəsi deyil, informasiya özü müharibənin əsas meydanlarından biridir. Müasir geosiyasi rəqabətdə dövlətlər yalnız silahlarla deyil, eyni zamanda məlumat axınları, media platformaları, sosial şəbəkələr və süni intellekt texnologiyaları vasitəsilə də mübarizə aparırlar. Ona görə də informasiya təhlükəsizliyi milli təhlükəsizlik anlayışının ayrılmaz komponenti kimi qiymətləndirilməyə başlanıb.

Belə bir şəraitdə peşəkar jurnalistikanın rolu əvvəlki dövrlərlə müqayisədə daha da artır. Jurnalist artıq sadəcə xəbəri ötürən şəxs deyil. O, informasiyanın doğruluğunu yoxlayan, müxtəlif mənbələrdən əldə olunan məlumatları müqayisə edən, manipulyasiya elementlərini müəyyənləşdirən, auditoriyanı kontekstlə təmin edən və cəmiyyətin sağlam informasiya mühitini qoruyan ictimai institutun əsas iştirakçısıdır. Məhz buna görə də müasir jurnalistikanın əsas missiyası operativlik deyil, etibarlılıqdır. Sürətli xəbər istehsalı ilə yanaşı, dəqiqlik və faktların verifikasiyası peşəkar medianın əsas üstünlüyünə çevrilib.

Dezinformasiya və informasiya manipulyasiyasının nəzəri əsasları

Elmi ədəbiyyatda uzun müddət "saxta xəbər" (fake news) termini geniş istifadə olunsa da, son illərdə bu anlayışın kifayət qədər dəqiq olmadığı qəbul edilib. Çünki yanlış informasiya müxtəlif məqsədlərlə, müxtəlif üsullarla və fərqli nəticələr doğuracaq formada yayıla bilər. UNESCO tərəfindən təqdim edilən “İnformasiya pozuntusu” (“İnformation Disorder”) modeli bu problemi daha sistemli şəkildə izah edir və informasiya pozuntularını üç əsas kateqoriyaya ayırır: misinformasiya, dezinformasiya və malinformasiya.

Misinformasiya yanlış məlumatın bilərəkdən deyil, səhvən yayılmasıdır. Belə hallarda informasiyanı paylaşan şəxsin auditoriyanı aldatmaq niyyəti olmur. Məsələn, jurnalistin kifayət qədər yoxlanılmamış məlumatı operativlik naminə yayımlaması və sonradan onun yanlış olduğu ortaya çıxması misinformasiya nümunəsi hesab olunur.

Dezinformasiya isə tamamilə fərqli xarakter daşıyır. Burada əsas məqsəd auditoriyanı qəsdən aldatmaq, ictimai rəyi müəyyən istiqamətə yönəltmək və siyasi, iqtisadi və ya ideoloji nəticələr əldə etməkdir. Müasir informasiya müharibələrinin əhəmiyyətli hissəsi məhz bu kateqoriyaya daxildir.

Malinformasiya anlayışı isə doğru informasiyanın manipulyativ məqsədlərlə istifadə olunmasını ifadə edir. Burada məlumatın özü yalan olmaya bilər. Lakin onun seçilmiş hissəsinin təqdim edilməsi, kontekstdən çıxarılması və ya müəyyən zaman kəsiyində yayılması auditoriyada tamamilə fərqli təsəvvür formalaşdırır. Müasir media manipulyasiyalarının əhəmiyyətli hissəsi məhz bu üsuldan istifadə edir.

İnformasiya manipulyasiyasını izah edən mühüm nəzəri yanaşmalardan biri “Gündəm yaratmaq” (“Agenda-Setting”) nəzəriyyəsidir. MakKombs və Şou tərəfindən irəli sürülən bu yanaşmaya görə media insanlara nə düşünəcəklərini deyil, daha çox hansı mövzular haqqında düşünəcəklərini müəyyən edir. Başqa sözlə, media hansı mövzunu gündəmdə saxlayırsa, cəmiyyət də həmin problemi prioritet hesab etməyə başlayır. Bu səbəbdən informasiya manipulyasiyası təkcə yalan məlumatın yayılması ilə deyil, eyni zamanda vacib mövzuların gündəmdən çıxarılması yolu ilə də həyata keçirilə bilər.

Bu yanaşmanı tamamlayan “Çərçivə” (“Framing”) nəzəriyyəsi göstərir ki, auditoriyanın hadisəyə münasibəti informasiyanın necə təqdim edilməsindən ciddi şəkildə asılıdır. Eyni fakt müxtəlif başlıqlar, müxtəlif vizual elementlər və müxtəlif kontekst vasitəsilə tamamilə fərqli siyasi və sosial nəticələr yarada bilər. Media burada yalnız hadisəni təsvir etmir, eyni zamanda onun mənalandırılmasına təsir göstərir.

Peşəkar jurnalistikanın klassik nəzəri əsaslarından biri hesab olunan “Qapı keşikçisi” (“Gatekeeping”) modeli də bu kontekstdə aktuallığını qorumaqdadır. Ənənəvi mediada redaktorlar və jurnalistlər informasiya axınının "qapıçıları" rolunu oynayır, xəbərlərin dəqiqliyini yoxlayır və etik prinsiplərə uyğunluğunu qiymətləndirirdilər. Lakin sosial media platformalarının inkişafı ilə bu filtr mexanizmi əhəmiyyətli dərəcədə zəifləyib. Hazırda informasiyanın auditoriyaya çatdırılmasında redaktorların yerini getdikcə daha çox alqoritmlər tutur.

Bu mənzərə Herman və Çomskinin “Təşviqat modeli” (“Propaganda Model”) nəzəriyyəsini yenidən aktuallaşdırır. Onların fikrincə, media iqtisadi və siyasi maraqların təsiri altında fəaliyyət göstərən mürəkkəb sistemdir və informasiya istehsalı heç də tam neytral proses deyil. Rəqəmsal platformaların qlobal informasiya bazarında dominant mövqeyə yüksəlməsi bu modeli yeni formada təsdiqləyir. Artıq informasiya axınına təkcə dövlətlər və ənənəvi media deyil, eyni zamanda transmilli texnologiya şirkətlərinin alqoritmləri də təsir göstərir.

Beləliklə, dezinformasiya müasir dövrdə yalnız jurnalistikanın etik problemi deyil. O, kommunikasiya nəzəriyyəsi, informasiya təhlükəsizliyi, siyasi kommunikasiya, psixologiya və rəqəmsal texnologiyaların kəsişməsində formalaşan mürəkkəb sosial fenomendir. Məhz buna görə də onun qarşısının alınması təkcə hüquqi mexanizmlərlə deyil, peşəkar jurnalistika, media savadlılığı, açıq mənbələrin verifikasiyası və yüksək redaksiya standartlarının qorunması ilə mümkündür.

Rəqəmsal platformalar və süni intellekt dövründə dezinformasiyanın yeni formaları

İnternetin və rəqəmsal platformaların inkişafı informasiya mübadiləsini demokratikləşdirməklə yanaşı, dezinformasiyanın istehsalı və yayılması üçün də görünməmiş imkanlar yaradıb. Ənənəvi media sistemində informasiyanın hazırlanması müəyyən peşə standartlarına, redaksiya nəzarətinə və etik prinsiplərə əsaslanırdı. Rəqəmsal kommunikasiya mühitində isə bu filtrlərin əhəmiyyətli hissəsi aradan qalxıb, informasiyanın istehsalı ilə istehlakı arasındakı sərhədlər demək olar ki, yox olub. Artıq milyonlarla istifadəçi təkcə informasiya qəbul edən deyil, eyni zamanda onun istehsalçısı, redaktoru və yayıcısı funksiyasını yerinə yetirir. Bu transformasiya informasiya plüralizmini gücləndirsə də, peşəkar jurnalistikanın ənənəvi “keşikçi” rolunu zəiflədib.

Bu gün informasiyanın auditoriyaya çatdırılmasını jurnalistlərdən daha çox rəqəmsal platformaların alqoritmləri müəyyənləşdirir. Meta, X, YouTube, TikTok və digər platformalar istifadəçiyə ictimai baxımdan ən əhəmiyyətli məlumatı deyil, onun maraqlarına və davranış modelinə uyğun məzmunu təqdim etməyə çalışırlar. Alqoritmlərin əsas məqsədi istifadəçinin platformada qalma müddətini artırmaqdır. Nəticədə emosional, sensasion və qütbləşdirici məzmun daha çox görünür, daha çox paylaşılır və daha sürətlə yayılır. Bu proses kommunikasiya nəzəriyyəsində "alqoritmik gündəmyaratma" (“algorithmic agenda-setting”) kimi qiymətləndirilir. Belə şəraitdə ictimai gündəmi artıq təkcə redaksiyalar deyil, həm də süni intellektlə işləyən tövsiyə sistemləri formalaşdırır.

Problemi daha da mürəkkəbləşdirən amillərdən biri generativ süni intellekt texnologiyalarının sürətli inkişafıdır. Son bir neçə ildə mətn, foto, audio və video yaradan sistemlərin geniş yayılması informasiyanın etibarlılığı ilə bağlı yeni çağırışlar yaradıb. Əvvəllər peşəkar montaj proqramları və xüsusi texniki bilik tələb edən saxta görüntülər artıq saniyələr ərzində hazırlanır. Deepfake texnologiyası vasitəsilə ictimai xadimlərin heç vaxt söyləmədikləri fikirlər onların səsi və görüntüsü ilə təqdim edilə bilir. Vizual material insanların inamını ən çox qazanan informasiya növü olduğundan, belə manipulyasiyalar cəmiyyət üçün xüsusilə təhlükəlidir.

Bununla yanaşı, generativ süni intellekt vasitəsilə hazırlanmış mətnlər də yeni risklər yaradır. Minlərlə oxşar xəbərin, sosial media paylaşımının və şərhin avtomatik yaradılması ictimai rəydə süni konsensus təəssüratı formalaşdırır. Bu üsul xüsusilə seçki kampaniyalarında, beynəlxalq münaqişələr zamanı və informasiya müharibələrində geniş istifadə olunur. Bot şəbəkələri və koordinasiyalı saxta hesablar eyni mesajı müxtəlif platformalarda təkrarlayaraq auditoriyada onun doğru olması barədə psixoloji təsəvvür yaradır. Psixologiyada bu fenomen "illusory truth effect", yəni təkrarlanan məlumatın həqiqət kimi qəbul edilməsi effekti ilə izah olunur.

Müasir dezinformasiya kampaniyalarının mühüm xüsusiyyətlərindən biri onların mərkəzləşdirilmiş deyil, şəbəkə prinsipi ilə idarə olunmasıdır. İnformasiyanın yayılmasında dövlət qurumları, siyasi aktorlar, kommersiya strukturları, təsir agentləri, anonim istifadəçilər və avtomatlaşdırılmış sistemlər eyni vaxtda iştirak edə bilir. Belə çoxqatlı kommunikasiya modeli dezinformasiyanın mənbəyini müəyyən etməyi çətinləşdirir və hüquqi məsuliyyət mexanizmlərini zəiflədir.

Bu şəraitdə peşəkar jurnalistin funksiyası da əhəmiyyətli dərəcədə dəyişmişdir. Əgər klassik jurnalistika daha çox informasiya toplamaq və onu auditoriyaya çatdırmaq üzərində qurulurdusa, rəqəmsal dövrdə əsas vəzifə məlumatın həqiqiliyini müəyyənləşdirməkdir. Başqa sözlə, jurnalist artıq ilk xəbər verən deyil, ilk yoxlayan olmalıdır. Operativlik peşəkar medianın vacib xüsusiyyəti olaraq qalır, lakin sürət heç vaxt dəqiqliyin hesabına təmin edilməməlidir.

Müasir jurnalistikanın əsas alətlərindən biri Açıq Mənbələr üzrə Kəşfiyyat (OSINT) metodologiyasıdır. Peyk təsvirləri, geolokasiya məlumatları, metadata, hava şəraiti arxivləri, rəqəmsal xəritələr və açıq məlumat bazaları vasitəsilə jurnalistlər foto və videoların həqiqiliyini yoxlaya bilirlər. Xüsusilə silahlı münaqişələr zamanı bu metodlardan istifadə yanlış məlumatların ifşasında mühüm rol oynayır. Son illərdə dünyanın aparıcı media qurumları – “BBC Verify”, “Reuters Fact Check”, “The New York Times Visual Investigations” və “Bellingcat” kimi araşdırma platformaları məhz açıq mənbələrin sistemli təhlili sayəsində beynəlxalq jurnalistikada yeni standartlar formalaşdırır.

Bununla belə, texnologiyanın inkişafı jurnalistləri yalnız yeni alətlərlə təmin etmir, həm də etik məsuliyyəti artırır. Süni intellektdən istifadə etməklə hazırlanmış materialların açıq şəkildə qeyd olunması, vizual manipulyasiyaların aşkarlanması, mənbələrin şəffaf göstərilməsi və auditoriyanın məlumatlandırılması müasir media etikasının ayrılmaz elementlərinə çevrilib. Etimadın getdikcə azaldığı informasiya mühitində peşəkar medianın ən böyük üstünlüyü texnoloji imkanlar deyil, məhz şəffaflıq, hesabatlılıq və ictimai məsuliyyətdir.

Beləliklə, rəqəmsal platformalar və süni intellekt dezinformasiyanın miqyasını və sürətini görünməmiş dərəcədə artırsa da, eyni texnologiyalar peşəkar jurnalistikanın verifikasiya imkanlarını da genişləndirir. Əsas məsələ texnologiyanın özündə deyil, ondan hansı məqsədlə və hansı peşə standartları çərçivəsində istifadə olunmasındadır. İnformasiya bolluğu şəraitində cəmiyyətin ehtiyacı daha çox xəbərə deyil, daha etibarlı xəbərədir. Məhz bu səbəbdən gələcəyin jurnalistikası sürət üzərində deyil, etibarlılıq, verifikasiya və ictimai etimad üzərində qurulmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır