CƏMİYYƏT
Rəşad Məcid: Milli təhlükəsizlik məsələləri naminə Azərbaycan mediası səfərbər olmalıdır VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
İdeoloji, milli təhlükəsizlik məsələləri naminə Azərbaycan mediası səfərbər olmalıdır. Bizim qarşımızda müasir dövrün yeni trendləri və çağırışları dayanmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Müasir mediada yeni trendler: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
O bildirib ki, milli təhlükəsizlik məsələsində peşəkarlıq və çeviklik məsələsi üstünlük təşkil etməlidir.
“Son vaxtlar dezinformasiya ilə bağlı Azərbaycanın media qurumlarının apardığı fəaliyyət göz önündədir və biz bunu müsbət qiymətləndiririk”, - deyə Mətbuat Şurasının sədri vurğulayıb.