Rəsm müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar
Bakı, 14 mart, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planının müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri məktəbliləri arasında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” adlı rəsm müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, şagirdlər arasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual və rəsm müsabiqəsinin iştirakçılarına Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanmış diplomlar verilib.
Təltif edilmə prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.