Rəsmi Roma Venesuelada həbs olunan italyanlara görə narahatdır
Roma, 12 avqust, AZƏRTAC
İtaliya hökuməti Venesuelada prezident seçkiləri ilə bağlı keçirilən etiraz aksiyalarında həbs olunan və itkin düşən italyanlara görə narahatlığını ifadə edib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin aksiyalar zamanı həbs edilən və əslən italyan olan Venesuela Milli Assambleyasının deputatın azad edilməsi üçün müxtəlif danışıqlar apardığı bildirilir. Bundan əlavə, bir çox italyan-venesuelalının aksiyalardan sora yoxa çıxdıqları qeyd olunub.
İtaliya Nazirlər Şurasının yaydığı məlumatda deyilir ki, hökumət beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək Venesueladakı vəziyyəti böyük narahatlıqla izləməyə davam edir. İtaliya Venesuela hakimiyyətindən bütün vətəndaşların hüquqlarına hörmətlə yanaşmağını istəyir. Həmçinin bütün siyasi opponentlərin azad olunmasını xahiş edir, hər hansı təhdid və ya vətəndaş azadlıqlarının məhrum edilməsini qətiyyətlə pisləyir.
Xatırladaq ki, avqustun 4-də İtaliya, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya və İspaniyanın dövlət və hökumət başçıları Venesueladakı vəziyyətlə bağlı bəyanat yayıblar. Bəyanatda iyulun 28-də keçirilən prezident seçkilərindən sonra Venesuelada yaranmış vəziyyətdən ciddi narahatlıq ifadə olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]