RESPUBLİKA ƏRAZİSİNDƏ DAHA 67 BƏLƏDİYYƏ YARADILACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda Ağdam, Ağsu, Dəvəçi, Goranboy, Xaçmaz, Xızı, Naxçıvan Muxtar Respublikasının Ordubad, Sədərək, Şərur və Bakının Qaradağ rayonlarının ərazisində yeni bələdiyyələrin yaradılması haqqında müraciətlər müzakirə olunmuşdur.
Komissiyanın üzvü Tahir Rzayev məsələ ilə bağlı məlumat verərək demişdir ki, adları çəkilən rayonların ərazisində yerli özünüidarə orqanlarının yaradılması təklifi məhz həmin bölgələrin əhalisi tərəfindən gəlmişdir. Bu onu göstərir ki, yerlərdə bələdiyyələrə maraq artır və əhali öz problemlərinin həllində yerli özünüidarə orqanlarının rolundan daha çox bəhrələnmək istəyir. İşçi qrupu da belə qərara gəlmişdir ki, yeni bələdiyyələrin yaradılması həmin bölgələrin inkişafına, yerlərdə sosial-iqtisadi problemlərin həllinə, yeni iş yerlərinin açılmasına təkan verəcəkdir. Ümumilikdə həmin rayonlarda 67 yeni bələdiyyə yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]