RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, bu ali məktəbin rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov tədbirdə çıxış edərək dövlətçilik tariximizdə mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və onun süquta uğramasının səbəblərindən danışmışdır.
Müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə rastlaşdığımız maneələri, ciddi təhlükələri xatırladan rektor dövlətimizin qurulmasında və qorunub saxlanmasında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın işıqlı sabahı naminə gördüyü işlərin əhəmiyyətini vurğulamışdır.
Tarix elmləri namizədi Elman Nəsirov, magistr Müşfiq Qurbanov
və digər çıxış edən natiqlər Respublika gününün tarixi əhəmiyyətindən söhbət açmış, xoş arzularını bildirmişlər.
Yığıncaqda Respublika günü münasibətilə ölkəmizin Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxunmuşdur.