Respublika Olimpiya Mərkəzində yeniyetmə atletlər arasında Azərbaycan birinciliyi davam edir
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü atletlər arasında atletika üzrə Azərbaycan birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda 9 komandanın heyətində 95 atlet birincilik uğrunda mübarizə aparır.
Birinciliyin ikinci günündə atletlər 300 və 1000 metr məsafəyə qaçış yarışlarında qüvvələrini sınayırlar. Bundan başqa, atletlər uzunluğa tullanma növlərində də birincilik uğrunda yarışırlar.
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilir.