Respublikaçı senatorlar Çin aerostatı ilə bağlı təhqiqatın nəticələrini tələb edir
Bakı, 16 iyun, AZƏRTAC
Respublikaçı senatorlar ABŞ Prezidenti Cozef Baydendən fevral ayında Çinə məxsus aerostatla bağlı hadisənin təhqiqatının nəticələrinin dərc olunmasını tələb edib.
AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, müvafiq məktubun müəllifləri Cozef Baydeni hava şarının ABŞ ərazisinə necə daxil olması, nə daşıması və hansı məlumatları toplaya bilməsi barədə informasiyanı açıqlamağa çağırıblar.
“Biz Birləşmiş Ştatların suverenliyinin pozulması ilə bağlı Vaşinqtonu susmaq səylərinə qarşı müqavimətə və ÇXR-in casus aerostatı barədə Federal Təhqiqatlar Bürosunun əldə etdiyi nəticələrin dərc olunmasına çağırırıq”, - deyə məktubda bildirilir.
Kəşfiyyat və silahlı qüvvələr üzrə senat komitələrinin Marko Rubio və Rocer Uiker kimi üzvlərinin müəllifləri olduğu müraciət 17 respublikaçı senator tərəfindən imzalanıb.
Məktub Ağ evə ABŞ dövlət katibi Entoni Blinkenin iyunun 16-da Çinə səfəri ərəfəsində göndərilib. Dövlət katibi səfər çərçivəsində Çin rəsmiləri ilə iki ölkə arasında münasibətlərin məsuliyyətli idarəsi üçün açıq kommunikasiya xətlərinin saxlanılmasının vacibliyini müzakirə edəcək. Onun səfəri əvvəlcə fevral ayına planlaşdırılsa da, aerostatla bağlı insident səbəbindən ləğv olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]