CƏMİYYƏT
Rəvan Həsənov: Ermənistan regiondakı prosesləri təhrif edərək "etnik təmizləmə" kimi təqdim edir

Bakı, 29 sentyabr, AZƏRTAC
Ermənistan regiondakı prosesləri təhrif edərək “etnik təmizləmə” kimi təqdim edir. Amma reallıq odur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə reinteqrasiya olunmağı təklif edir. Bununla da onların ağır sosial problemlərdən qurtarılmaları üçün növbəti dəfə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfransda söyləyib.
O əlavə edib ki, müəyyən xarici qüvvələr regiondakı prosesləri süni şəkildə qabardaraq, öz iddialarını gündəmə gətirirlər:
“Bu da Azərbaycana qarşı nifrət kampaniyası aparıldığının göstəricidir. Halbuki Azərbaycanda dini və milli kimliyindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət göstərilir”.