İQTİSADİYYAT
Rezident müəssisə tərəfindən ödənilən dividenddən 10 faiz vergi tutulur
Bakı, 11 mart, AZƏRTAC
Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. Buna əsasən, müəssisə qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardığı halda onun mənfəətindən təsisçiyə ödənilən dividend vergidən azad edilir.