Rezidentlər indiyədək 567 milyon manat vəsaitə qənaət ediblər
Bakı, 29 iyun, AZƏRTAC
Rezidentlər indiyədək 567 milyon manat vəsaitə qənaət ediblər.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, sənaye parklarında tətbiq olunan güzəşt mexanizmləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırmaqla yanaşı, istehsalın genişlənməsinə və qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verir.
10 il müddətinə vergi güzəştləri çərçivəsində rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Gömrük və ƏDV güzəştləri sayəsində istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumlarından azad edilir.
Tətbiq olunan güzəştlər nəticəsində sənaye parklarının rezidentləri indiyədək 567 milyon manat, təkcə 2025-ci ildə isə 42,3 milyon manat vəsaitə qənaət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]