“Rio-2016”ya vəsiqə qazanan ilk boksçular arasında üç azərbaycanlı var
Bakı, 15 dekabr, AZƏRTAC
Gələn il keçiriləcək Rio-de-Janeyro Olimpiadasında iştirak edəcək ilk 60 boksçunun adı məlum olub.
AZƏRTAC xəbər verir ki, 20 boksçu AİBA Proboxing turnirindən, 17-si WSB liqasından, 23-ü isə Qətərdə keçirilən dünya çempionatından planetin ən böyük yarışına vəsiqə qazanıb. Braziliyada 286 dəri əlcək ustası rinqə çıxacaq.
Olimpiadaya ilk vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 3 üzvü də var. Dünya çempionu Elvin Məmişzadə (52 kq), dünya çempionatının gümüş mükafatçısı Albert Səlimov və bürünc medalçı Pərviz Bağırovun (69 kq) “Rio-2016”da çıxış edəcəyi artıq dəqiqləşib.
Kuba yığmasının 7 üzvü Olimpiya Oyunlarına lisenziyaya yiyələnib.
Qeyd edək ki, qarşıda qitələr üzrə təsnifat yarışları və gələn ilin iyununda isə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]