RİQADA AZƏRBAYCAN-LATVİYA BİZNESFORUMU KEÇİRİLƏCƏKDİR
Xatırladaq ki, Azərbaycanla Latviya arasında 10-a yaxın müqavilə və saziş imzalanmışdır. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən “İnvestisiyaların təşviqi və qorunması”, “İkiqat vergidən azad olma”, “İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq” kimi sənədlər bu sıradandır. 2006–cı ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 6,6 milyon ABŞ dolları təşkil etmişdir. Bu, 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Azərbaycandan Latviyaya, əsasən, pambıq mahlıcı, dizel yanacağı, polimer maddələr və sair ixrac edilir. Latviyadan Azərbaycana isə, əsasən, dərman vasitələri, süd məhsulları, müxtəlif növ avadanlıq və s. gətirilir.