Riyaziyyat və Mexanika İnstitutunda magistrantlar üçün dərslər distant formada davam etdirilir
Bakı, 11 aprel , AZƏRTAC
AMEA-nın magistratura təhsili həyata keçirilən bütün elmi müəssisələrində olduğu kimi, Riyaziyyat və Mexanika İnstitutunda da martın 29-dan etibarən dərslər distant formada tədris edilir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, institutun magistraturasında 5 ixtisas üzrə birinci kursda təhsil alan 9 tələbəyə “Riyazi analiz”, “Riyazi fizika”, “Optimallaşdırma və optimal idarəetmə”, “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili” və “Hesablama diaqnostikası” fənləri üzrə dərslər müvafiq cədvəllərə uyğun olaraq onlayn formada keçirilir. İkinci kursda təhsil alan 3 magistrant isə elmi rəhbərlərinin iştirakı ilə distant elmi-pedaqoji təcrübəni davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:02]
MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
- 13.10.2026 [14:21]