Robert Levandovski FIFA tərəfindən ilin ən yaxşı futbolçusu adına layiq görülüb
Bakı, 17 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 17-də FIFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu ada “Bavariya” klubunun hücumçusu Robert Levandovski layiq görülüb. Polşalı futbolçu səsvermədə Lionel Messi və Kriştiano Ronaldonu üstələyərək karyerasında ilk dəfə “The Best” mükafatını qazanıb.
R.Levandosvki ötən mövsüm "Bavariya"nın heyətində UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, Almaniya Bundesliqasının və ölkə kubokunun qalibi olub. Polşa millisinin futbolçusu UEFA tərəfindən ötən mövsümün ən yaxşı oyunçusu seçilib. O, ötən mövsüm qitənin ən nüfuzlu klub turnirində hamıdan çox fərqlənib (15 qol). Futbolçu, həmçinin ötən mövsüm Almaniya Bundesliqasında hamıdan çox - 34 dəfə fərqlənməyə nail olub.
Xatırladaq ki, keçən il bu mükafata İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi layiq görülüb. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]