Robert Mobili: Vətən müharibəsi zamanı Azərbaycandakı icmaların birliyi özünü ən yüksək səviyyədə göstərdi
Bakı, 29 sentyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsindən sonra Azərbaycandakı konfessiyaların nümayəndələri daha da sıx birləşdi, əlaqələri genişləndi. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycandakı icmaların birliyi özünü ən yüksək səviyyədə göstərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili "Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfransda söyləyib.
"Azərbaycan müxtəlif xalqların birgə yaşadığı ölkələrdən biridir. Tarix boyu Azərbaycanda yaşayan xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətə əsaslanan birgəyaşayış mədəniyyəti mövcud olub və bu gün də davam edir. Dünyanın müxtəlif regionlarında etnik-dini zəmində bir çox münaqişələrin baş verdiyi müasir dövrümüzdə də Azərbaycan öz tarixi tolerantlıq ənənəsinə sadiq qalır," - deyə R.Mobili deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]