ROMA PAPASI DİNLƏRARASI DİALOQA ÇAĞIRIR
Görüşdə İordaniya, Pakistan, Qətər, Küveyt, Yəmən, İndoneziya, Türkiyə, Bosniya, Kotd”İvuar, Seneqal, İraq, Mərakeş, Misir, Əlcəzair və Livan səfirləri, habelə Azərbaycan, İran və Liviyanın diplomatik nümayəndələri, Ərəb Dövlətləri Birliyinin təmsilçiləri iştirak etmişlər. Görüşə bu ilin yazında İtaliya Daxili İşlər Nazirliyi yanında yaradılmış İslam Şurasının üzvləri də gəlmişdilər.
XVI Benedikt iki din arasında dialoqun zəruriliyini bir daha vurğulamışdır. Pontifik demişdir: “Relyativizmin hökm sürdüyü bu dünyada bizə gərginliyi aradan qaldırmaqda kömək edə biləcək əsil dialoq gərəkdir. Mən müsəlman dünyasına bəslədiyim çox dərin hörməti bir daha nəzərə çarpdırmaq istərdim”.
Xatırladaq ki, görüş Roma katolik kilsəsi başçısının iki həftə əvvəl Almaniyanın Regensburq Universitetində nitqində Məhəmməd Peyğəmbərin ünvanına təhqiramiz sözlər söyləməsi ilə əlaqədar müsəlman dünyasının hiddətinə cavab olaraq keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]