Rotterdamda “Qarabağ” idman klubunda zəlzələ qurbanlarının xatirəsi anılıb
Rotterdam, 13 fevral, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdamda “Qarabağ” idman klubunda Türkiyədə və Cənubi Azərbaycanda baş vermiş zəlzələdə həyatını itirmiş insanların xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, anım mərasimi zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək, Azərbaycan Türkiyə qardaşlığından, iki qardaş ölkə arasında isti sıx münasibətlərdən danışıb.
Türk icmasının üzvləri Azərbaycan xalqına və dövlətinə göstərdiyi yardıma görə təşəkkür və ehtiramlarını bildiriblər.
Hollanda Türk Federasiyasının nəzdində fəaliyyət göstərən “Versaar-Turk İslam” Mədəniyyət Mərkəzinin dini xadimi Ensar Kalemli zəlzələ qurbanlarının xatirəsinə dua oxuyub.
Anım mərasimində, Ana Vətən Avropa Azərbaycanlı Qadınları birliyinin üzvləri, Beynəlxalq Azərbaycanlı Xanımları Klubu və burada yaşayan digər soydaşlarımız iştirak ediblər.
Roterdam