Rüfət Dadaşov debüt oyununda het-trik edib
Bakı, 8 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov “Finiks Rayzinq” komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı hücumçu “Portlend Timbers”lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü, 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə “Finiks Rayzinq”in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rüfət Dadaşov “Finiks Rayzinq”ə yanvarın 11-də Almaniyanın “Pröyssen Munster” klubundan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]