RUHƏNGİZ QASIMOVANIN YARADICILIQ GECƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Yollar görüşəndə” adlı yaradıcılıq gecəsini 40 ildən artıq sənətdə çalışan Ruhəngiz xanım özü idarə etmiş, bəstələdiyi və sözlərini yazdığı mahnılarını oxumuşdur. Onun sevincinə sənət dostları - mahnılarının, əsərlərinin ifaçıları şərik olmuşlar. Bəstəkarın çoxsaylı populyar mahnılarını müğənnilər Zakir Əliyev, Cavan Zeynallı, Azərin, Rəşidə Behbudova, Firuzə İbadova, Cavanşir Məmmədov və digərləri ifa etmişlər. Xalq artisti, Milli Məclisin deputatı Amaliya Pənahova, xalq artistləri Yaşar Nuri, Firəngiz Mütəllimova, Əminə Yusifqızı müəllifin dram əsərləri, televiziya pyeslərindən parçalar göstərmiş, şerlərini oxumuşlar.
Ruhəngiz xanım Vüqar Camalzadənin rəhbərlik etdiyi instrumental ansambla, Mədəniyyət Nazirliyinə, sarayın kollektivinə, sponsorlara, televiziya kanallarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]