RUMIN QADINDAN 80 KİLOQRAMLIQ ŞİŞ KƏSİLİB GÖTÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, bir qrup rumın və ABŞ həkimi 80 kiloqramlıq şişin kəsilib götürülməsi üçün rumın qadın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Buxarestin xəstəxanalarından birində aparılmış əməliyyat 10 saat davam etmişdir. Xəstəxananın plastik cərrahiyyə bölməsinin rəhbəri Yon Laskar demişdir ki, indi xəstə özünü çox yaxşı hiss edir.
Bu qadın 22 yaşında olarkən, əvvəlcə, onda lap balaca şiş əmələ gəlmişdi. Şişin çəkisi 15 kiloqrama çatanda onu kəsib götürmüşdülər. Lakin şiş yenidən peyda olmuş və böyüməyə başlamışdır.
“Ginnessin rekordlar kitabı”na görə, insandan kəsilib götürülmüş ən böyük şiş 137 kiloqram olmuşdur. Cərrahiyyə əməliyyatından sonra həmin xəstə tamamilə sağalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]