Rumıniya KİV-ləri Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlərdən yazır
Buxarest, 20 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, burada keçirilən plenar iclasda çıxışı Rumıniyanın qabaqcıl KİV-nin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ölkənin nüfuzlu “Romania Libera” və “Digi24” media holdinqi tərəfindən Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü işıqlandırılıb.
Bildirilir ki, görüş iki ölkənin sülh sazişinə çatması üçün mühüm əhəmiyyət kəsb edib. Qeyd olunub ki, Azərbaycan Prezidenti sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsini vurğulayıb. Sülh sazişində Azərbaycanın Qarabağ barədə hər hansı müddəanın olmasının qəbuledilməzliyi ilə bağlı mövqeyi diqqətə çatdırılıb. Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycanın təkliflərinə yeni cavab təklifləri göndərəcəyi qeyd olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [14:00]
Qırğızıstanın səfiri: Xankəndində baş verən dəyişikliklər məni heyran etdi
- 18.04.2025 [08:09]
Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib
- 17.04.2025 [19:44]
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Tramp İtaliyaya səfər edəcək
- 17.04.2025 [23:46]
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
- 17.04.2025 [23:41]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [22:52]
Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib
- 17.04.2025 [22:12]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [22:01]
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
- 17.04.2025 [20:35]