Rumıniyada NATO-nun döyüş qrupu yerləşdiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Rumıniya parlamenti ölkədə NATO müttəfiqlərindən ibarət döyüş qrupunun yaradılmasını dəstəkləyib.
AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, döyüş qrupunun Fransanın rəhbərliyi altında yaradılması planlaşdırılır.
Bundan əvvəl Rumıniya Prezidenti Klaus İohannis parlamentarilərdən bu təşəbbüsü təsdiqləməyi xahiş etmişdi. Müraciətində o, ölkədə NATO-nun döyüş qrupunun yaradılmasının Alyansın müdafiə qabiliyyətini artıracağını bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]