“Rusenberq” Norveç, AİK İsveç çempionu olub
Bakı, 12 noyabr, AZƏRTAC
“Rusenberq” klubu futbol üzrə Norveç çempionatının 29-cu turunun matçında “Start”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq qabaqcadan çempion adını qazanıb.
AZƏRTAC xəbər verir ki, “Rusenberq” çempionluq uğrunda mübarizədə “Molde” və “Brann” komandalarına qalib gəlib. Komanda öz tarixi ərzində dalbadal dörd dəfə və 26-cı dəfə ölkə çempionatının qalibi olub. Beləliklə, “Rusenberq” Norveç çempionatında qələbələrin sayına görə özünün rekordunu təzələyib. Bu siyahıda ikinci yeri “Fredrikstad” klubu tutur.
İsveç çempionatının sonuncu - 30-cu turunda AİK səfər matçında 1:0 hesabı ilə “Kalmar” klubunu məğlubiyyətə uğradıb və çempionluq uğrunda mübarizədə “Norrçepinq” klubunu üstələyib. AİK üçün bu çempionluq 2009-cu ildən etibarən birinci və klubun tarixində 13-cüdür.
AİK İsveç çempionatlarında qələbələrin sayına görə üçüncü yerə çıxaraq, bu göstəriciyə görə elə “Norrçepinq”lə bərabərləşib. Ölkə çempionatını daha çox udan komandalar isə “Malme” (20) və “Höteborq”dur (18).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]