RUSİYA ALİ MƏKTƏBLƏRİNƏ TƏLƏBƏ QƏBULU BAŞLANMIŞDIR
Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlər əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-dən 22-dək Rusiya ali məktəblərinə tələbə qəbulu aparır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu il Rusiya ali məktəblərində azərbaycanlı gənclər üçün 43 yer ayrılmışdır. Rusiya ali məktəblərində təlim pulsuzdur, digər xidmətlər, o cümlədən yataqxana pulludur.
Test imtahanları mayın 24-də keçiriləcək. Müsabiqədə iştirak etmək üçün abituriyentlər 450-dən artıq bal toplamalı və müsahibədən keçməlidirlər: orta məktəbi Azərbaycan dilində bitirənlər müsahibəni rus dilində, orta məktəbi rus dilində bitirənlər üçün isə Azərbaycan dilində keçəcəklər. Geniş məlumatı TQDK-nin İnternet saytından (www.tqdk.gov.az) almaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]