RUSİYA ATƏT-İN BÜDCƏSİNƏ ÖDƏNİŞ HAQQINI AZALDIR
Qəbul edilmiş qərara əsasən, Birləşmiş Ştatlar ATƏT-in büdcəsinə ödəniş haqqı 9 faizdən 11,5 faizədək artıracaqdır. Təşkilatın maliyyələşdirilməsində Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın payı cüzi məbləğdə qaldırılacaq – bu ölkələrdən hər biri büdcənin 9,1 faizi əvəzinə, 9,35 faizini ödəyəcəkdir. Avropa İttifaqının ödəniş haqları, demək olar, dəyişməyəcək: Avropa İttifaqı ATƏT-i, əvvəlkitək, təxminən 70 faiz maliyyələşdirəcəkdir.
Rusiya bu təşkilatda özünün əsas maliyyə payını azaltmaqla yanaşı, ATƏT-in səhra fəaliyyətinə çəkdiyi xərcləri 3,72 faizdən 2,5 faizə endirəcəkdir. ABŞ isə bu ödənişləri 13,57 faizdən 14 faizə qaldıracaqdır.
Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in bütün qurumlarında, təşkilatın və onun səhra fəaliyyətinin maliyyələşdirilməsi sistemində islahat aparılmasını dəfələrlə tələb etmişdir. Ötən il Rusiya digər MDB ölkələri ilə birlikdə bununla əlaqədar bəyanat verərək bildirmişdir ki, ATƏT səmərəliyini itirmişdir. Bəyanatın müəllifləri vurğulamışlar ki, ATƏT missiyalarının rəhbərləri fəaliyyət göstərdikləri ölkələrin daxili siyasətini əsassız olaraq tənqid edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]