Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar

Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar

Moskva, 18 fevral, AZƏRTAC

KİV-lərdə xəbər verildiyi kimi, Rusiyanın paytaxtında “Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin moderatorlarından biri Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev olub. D.Savelyev AZƏRTAC-a müsahibəsində iki ölkə arasında münasibətlərin inkişafında bu tədbirin əhəmiyyəti barədə danışıb.

-Dmitri İvanoviç, Azərbaycanla birgə təşkil edilmiş bu tədbir nə ilə bağlı idi?

-Rusiya-Azərbaycan münasibətləri istər postsovet, istərsə də Avrasiya məkanında iki ölkə arasında əlaqələrin fasiləsiz inkişafına dair əla nümunədir. Biz vaxtilə bir dövlət çərçivəsində yaşayıb dostluq etmişik, xalqlarımızın ortaq ənənələrinin və mənəvi dəyərlərinin çoxəsrlik tarixi var. Bu gün XXI əsrin çağırışları fonunda həmin birliyi qoruyub saxlamaq və daha da möhkəmlətmək çox vacibdir.

Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov dəyirmi masanın açılışında vurğulayıb ki, mədəniyyət, təhsil və elm xadimləri xalqların qarşılıqlı yaxınlaşması işinə sanballı töhfə verir, ölkələrin qarşılıqlı münasibətlərində mədəni əməkdaşlıq iqtisadi və siyasi fəaliyyətlə müqayisədə heç də az rol oynamır. Ona görə də həmin tədbirin əsas məqsədi bizim ortaq mədəni-sivilizasiya məkanını genişləndirmək və dərinləşdirmək idi.

-Millətlərarası dialoqun fəallaşmasında rus dilinin əhəmiyyəti nədən ibarətdir?

-Statistik məlumatlara görə, Azərbaycan sakinlərinin 70 faizi rus dilini bilir. Bu, çox mühüm məqamdır, çünki dil baryerinin olmaması qarşılıqlı anlaşmanın açarıdır. Mənim həmkarım, Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Qrupunun rəhbəri, Milli Məclisin Hüquq məsələləri və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rus dilini əlaqələndirici vasitə və birləşdirici mədəni element adlandırıb. Rus dilinə qayğıkeş münasibət Azərbaycan üçün əlamətdar haldır. Keçmiş sovet respublikalarının çoxundan fərqli olaraq Azərbaycanda rus dili “gözümçıxdıya” salınmadı (hətta Azərbaycan ərazisindəki rus kəndlərinin adları qorunub saxlandı), təhsil sistemində daha geniş yayıldı. “Rossotrudniçestvo” agentliyinin rəhbər Eleonora Mitrofanova dəyirmi masadakı çıxışında maraqlı rəqəmlər göstərdi: Azərbaycanda tədrisin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, hər il rus dili və ədəbiyyatı üzrə respublika olimpiadası keçirilir, respublikada KİV-lərin ümumi həcminin təqribən 12 faizini rusdilli mətbuat təşkil edir. Nəhayət, Azərbaycandakı 130 minlik Rus İcması ən iri rusdilli icmalardan biridir.

-Bir halda ki, təhsil mövzusuna toxunduq, mədəni əlaqələrin nizamlanmasında tələbə mübadiləsinin rolunu qeyd etmək də yəqin ki, maraqlı olar.

-Sevindirici haldır ki, bu proses ikitərəfli xarakter daşıyır. Azərbaycanda Rusiya ali məktəblərinin filialları açılmaqla bərabər, Azərbaycandan olan 11 mindən çox gənc Rusiyada təhsil alır. Moskva Dövlət Universitetinin tərcümə fakültəsində, həmçinin Beynəlxalq Münasibətlər və Sosial-Siyasi Elmlər İnstitutunun jurnalistika bölməsində Azərbaycan dili öyrənilir. On ilə yaxındır ki, Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Tələbələr burada etnologiya və ya kulturologiya kimi fənləri öyrənməkdən əlavə, bu Universitetdə tədris proqramı Azərbaycan xalqının qədim adət və ənənələrini daha dərindən öyrənməyə imkan verir. Tələbələr bu ölkənin ruhunu duyanda onlar dostlaşır, sözün yaxşı mənasında mədəni təsir agentlərinə çevrilirlər.

-İki ölkənin mədəni və mənəvi irsinin qorunub saxlanmasında konfessiyalararası dialoqun rolu nədən ibarətdir?

-Mədəniyyətlərin, sivilizasiyaların və dinlərin daimi əlaqəsi Azərbaycanda mədəni müxtəliflik doğurub, multikulturalizm isə bu respublikada bəşəriyyətin baza dəyərlərindən biri elan edilib. Əhalisinin əksəriyyəti müsəlmanlar olan bu ölkədə hazırda 17 xristian icması, 8 yəhudi, 2 bəhai, hətta 1 krişnait icması da mövcuddur. Bütün bu icmalar dinc yanaşı fəaliyyət göstərir. Məsələn, Rus Pravoslav Kilsəsinin Azərbaycandakı nümayəndələri onların missiyası üçün əlverişli şərait olduğunu qeyd edirlər. Digər tərəfdən, Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli əsl mədəni vəhşilik faktlarını misal göstərib: Dağlıq Qarabağda məzarlıqlar dağıdılıb, bəstəkar Üzeyir Hacıbəylinin və müğənni Bülbülün büstləri güllələnib, dünya əhəmiyyətli 13 memarlıq-arxeologiya abidəsi məhv edilib. Bu cür dözülməz faktlar bir daha təsdiq edir ki, sülh, həmrəylik və dostluq şəraitində yaşamağın alternativi, sadəcə yoxdur!

-Dəyirmi masa iştirakçıları mədəniyyət və incəsənətin daha hansı sahələrində əməkdaşlıq barədə danışdılar?

-Çıxışların çoxunda Böyük Vətən müharibəsi haqqında ümumi tarixi yaddaşın qorunub saxlanmasından başlamış, təsviri incəsənət, musiqi, ədəbiyyat və xoreoqrafiya sahəsində birgə layihələrə qədər geniş spektrli məsələlərdən bəhs edildi. Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilmiş “Modernizm və moda” və “Moda məkanı” adlı sərgilər barədə moda tarixçisi Aleksandr Vasilyevin söhbəti böyük marağa səbəb oldu. Həmin sərgilərin aşılısında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva iştirak ediblər. Sərgilər böyük marağa səbəb olub. Ekspozisiyalara iki yüz mindən çox azərbaycanlı tamaşa edib. A.Vasilyevin təbirincə desək, “moda hər kəs üçün onun mədəni səviyyəsindən və dili bilmək səviyyəsindən asılı olmayaraq, aydın olan bir körpüdür”.

-Başa çatmış dəyirmi masanın mədəniyyət xadimlərinə ümumi tövsiyəsi nədən ibarət oldu?

-Mənim fikrimcə, həmin tədbirdə Rusiya və Azərbaycan mədəniyyətini təmsil edən ən yaxşı nümayəndələr toplaşmışdı. Onlar bu cür təcrübə mübadiləsinin vacibliyini və mədəniyyət sahəsində dövlətlərarası strategiyanın zəruriliyini dönə-dönə vurğuladılar, çünki zaman özü mədəniyyətlərarası dialoqda tamamilə yeni yanaşmalar tələb edir: qarşılıqlı humanitar fəaliyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zəruridir, birgə müasir layihələr, onların qanunverici və maliyyə dəstəyi su kimi, hava kimi vacibdir. Səfir Polad Bülbüloğlunun zarafatyana dediyi kimi, belə iclaslara Rusiya və Azərbaycan maliyyə nazirliklərinin nümayəndələrini dəvət etmək lazımdır, çünki mədəni körpülər salınmasını ləngidən yeganə səbəb maliyyə vəsaitinin olmamasıdır. Məşhur müğənni Müslüm Maqomayev vaxtilə deyirdi: “Rusiya mənim anam, Azərbaycan atamdır”. Rusiya və Azərbaycanın humanitar sahədə apardığı və daim təkmilləşdirəcəyi böyük işin nəticəsi iki ölkənin, iki xalqın mənəvi birlik hissində təcəssüm olunmalıdır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər Parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib